Ermənistanda və Qazaxıstanda diplomatik nümayəndəliklərin inşası üçün qarşılıqlı olaraq torpaq sahələri ayrılacaq

2026/04/1776746842.jpg
Oxunub: 571     12:13     23 Aprel 2026    
Qazaxıstanda Ermənistanın, Ermənistanda isə Qazaxıstanın diplomatik nümayəndəlik binalarının inşası üçün qarşılıqlı olaraq torpaq sahələri ayrılacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ermənistan hökuməti bu barədə bu gün keçirilən iclasında qərar qəbul edib.

Qeyd edilir ki, bu məqsədlə 2025-ci il noyabrın 21-də imzalanmış müvafiq sazişin ratifikasiya olunması təklif edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazaxıstan  


Bizi "telegram"da izləyin