Ordu.az xəbər verir ki, bu barədə İctimai Televiziyaya müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
O vurğulayıb ki, bu, Ermənistan-Aİ arasında ilk sammitdir və məhz bu formatda Ermənistan-Aİ ikitərəfli gündəliyi müzakirə olunacaq.
Kostanyan məlumat verib ki, Avropa Siyasi Birliyinin sammitindən, daha sonra isə Ermənistan-Aİ sammitlərindən sonra İrəvanda illik “İrəvan Dialoqu” diplomatik forumu da təşkil olunacaq.
O bildirib ki, bundan əlavə, Fransa prezidenti Emmanuel Makron Ermənistana dövlət səfərinə gəlir və səfər zamanı strateji tərəfdaşlıq sənədi imzalanacaq.
Alpər Mövludoğlu
Ordu.az