Fransanın xarici işlər naziri “Hizbullah”ın tərksilah edilməsinə çağırıb

2026/04/1776340100.jpg
Oxunub: 369     15:46     16 Aprel 2026    
Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib ki, şiə “Hizbullah” hərəkatı silahlarını Livan hakimiyyətinə təhvil verməlidir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

O bildirib ki, atəşkəs Livana da şamil edilməli və hərəkatın “nizamlı tərksilah prosesinin” əsası olmalıdır. Barro qeyd edib ki, bu, İsrail ilə Livan arasında uzunmüddətli münaqişənin həllinə töhfə verə bilər.

Bundan əvvəl Cənubi Livanda İsrail ilə “Hizbullah” arasında döyüşlərin bölgədə gərginliyin artması fonunda davam etdiyi barədə xəbərlər yayılmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Hizbullah  


Bizi "telegram"da izləyin