Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Liderlər Türkiyə və Kanada arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, Ərdoğan söhbət zamanı iki ölkə arasında münasibətlərin dərinləşdirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb:
"Başda energetika, müdafiə sənayesi və hava daşımaları olmaqla, bir çox sahələrdə əməkdaşlıq üçün əhəmiyyətli potensialın mövcud olduğu qeyd edilib".
Bununla yanaşı, Ərdoğan Türkiyənin bölgədə sülh və əmin-amanlığın bərqərar olması istiqamətindəki səylərini davam etdirdiyini əlavə edib. "Bir çox məsələlərdə Türkiyə ilə Kanadanın mövqeyi üst-üstə düşür", - söhbət zamanı qeyd olunub.
Ərdoğan Kanadanın Baş naziri Mark Karnini Ankarada keçiriləcək NATO və COP31 sammitlərinə dəvət edib, həmçinin Baş nazir Karnini 2026-cı il başa çatana qədər rəsmi səfər çərçivəsində Türkiyədə qəbul etmək istəyini deyib.
Ordu.az