TEI daha 3 beynəlxalq mükafata layiq görülüb

2026/04/1776270208.jpg
Oxunub: 650     20:11     15 Aprel 2026    
Türkiyənin aviasiya mühərrikləri sahəsində aparıcı şirkəti olan TEI Dünya Aviator Qadınlar Həftəsi çərçivəsində keçirilən tədbirlərlə 10-cu dəfə “Qadın İşçilərə Ən Çox Dəyər Verən Müəssisə” mükafatını, eyni tədbir çərçivəsində keçirilən Çəhrayı Kağız Təyyarə Mükafatlarında “Ən Çox İştirakçı” mükafatını və cəmiyyətin inkişafına töhfə verən inkişaf-təhsil yönümlü fəaliyyətlərinə görə 3-cü dəfə “Cəmiyyətə Xidmətdə Liderlik və Korporativ Sosial Məsuliyyət” mükafatını qazanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Dünya Aviator Qadınlar Həftəsi çərçivəsində qız tələbələrə aviasiyanı tanıdan “Aviasiyaya İlk Addımlar”, işçilər arasında təcrübə mübadiləsini təmin edən “Aviator Qadınlar Mentorluq Proqramı” və qadın işçilər üçün təşkil olunan “Aviasiyanın Güclü Qadınları” kimi müxtəlif tədbirlərlə uzun illərdir fərqli mükafatlara layiq görülən TEI 2026-cı ildə də həyata keçirdiyi tədbirlərlə Beynəlxalq Aviator Qadınlar İnstitutu (IWOAW) tərəfindən 10-cu dəfə “Qadın İşçilərinə Ən Çox Dəyər Verən Müəssisə” seçilib.

Eyni proqram çərçivəsində TEI dünya üzrə keçirilən 300-dən çox fərqli çəhrayı kağız təyyarə uçurma tədbirində əldə etdiyi ən yüksək iştirakçı sayı ilə “Çəhrayı Kağız Təyyarə Xüsusi Mükafatı - Ən Çox İştirakçı” mükafatına da layiq görülüb.

Cəmiyyətin inkişafına töhfə verməyə və aviasiya mühərrikləri sahəsində maarifləndirmə yaratmağa yönəlmiş fəaliyyətlərini davam etdirən TEI Aviasiya Mühərrikləri Məktəbi, Aviasiya Texnik Məktəbi, “TEI Professional”, “İş Həyatına 5 Addım”, “KampüsTEIz”, “Mənim Mühəndislik Hekayəm”, Aviator Qadınlar Mentorluq Proqramı və texniki səfərləri ilə “Communitas Awards” tərəfindən 3-cü dəfə “Cəmiyyətə Xidmətdə Liderlik və Korporativ Sosial Məsuliyyət” mükafatına layiq görülüb.

Universitetəqədər təhsildən magistratura səviyyəsinə, peşə təhsilindən texniki ixtisaslaşmaya qədər geniş spektrdə bilik və təcrübəsini hər fürsətdə cəmiyyətlə bölüşən TEI gənc istedadların inkişafına töhfə verən bütöv insan resursları ekosistemi formalaşdırır. İnklüziv inkişaf yanaşması və davamlı ictimai təsir fokusuna əsaslanan bu ekosistem vasitəsilə TEI qazandığı çoxsaylı mükafatlarla yanaşı, Müdafiə Sənayesi Komitəsinin Milli Səriştə Hərəkatı vizyonu çərçivəsində aviasiya mühərrikləri sahəsində ixtisaslı insan resurslarının yetişdirilməsinə töhfə verməyə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TEI   Türkiyə  


Bizi "telegram"da izləyin