Yaponiya ABŞ-nin Hörmüz boğazının blokadası ilə bağlı qərar verməyib

2026/04/1775027745.jpg
Oxunub: 345     08:04     13 Aprel 2026    
Yaponiya hələlik özünümüdafiə qüvvələrinin ABŞ-nin təşəbbüsü ilə Hörmüz boğazının blokadasına qoşulub-qatılmayacağına qərar verməyib.

Ordu.az-ın məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabineti Minoru Kixara deyib.

"Özünümüdafiə Qüvvələrinin göndərilməsi ilə bağlı hələlik heç bir qərar verilməyib", - deyə o bildirib.

Qeyd edək ki, aprelin 12-də ABŞ prezidenti Donald Tramp "Fox News"a verdiyi müsahibədə bəzi NATO ölkələrinin Hörmüz boğazı məsələsində Vaşinqtona kömək etmək niyyətində olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Yaponiya  


Bizi "telegram"da izləyin