KİV: Hörmüz boğazının bağlanması yeni inflyasiya dalğası yaradır

2026/04/1775391073.jpg
Oxunub: 301     05:46     13 Aprel 2026    
Danimarkanın "Maersk Group" holdinqin gəmiçilik üzrə fəaliyyət göstərən "Maersk Line" şirkəti fövqəladə yanacaq əlavə ödənişini (Emergency Fuel Surcharge - EFS) elan edib.

Ordu.az İran mediasına istinadən xəbər verir ki, yanacaq qiymətlərinin qəfil və kəskin bahalaşması zamanı verilən bu qərar Hörmüz boğazındakı vəziyyətlə əlaqəlidir.

"Bu qərar yanacaq qiymətlərinin kəskin bahalaşması və paylama xərclərinin artmasına cavab olaraq qəbul edilib", - məlumatda qeyd olunub və bildirilib ki, bu, dəniz ticarətindən asılı olan bütün iqtisadiyyatlar üçün ciddi xəbərdarlıqdır:

"Qlobal ticarətin 80 faizindən çoxu dəniz yolu ilə həyata keçirilir və "Maersk" tərəfindən EFS-nin tətbiqi idxalçı ölkələr üçün xammal və əsas malların idxalı xərclərinin artması deməkdir.

Bu böhranın ilk qurban idxaldan asılı iqtisadiyyatlar olacaq. Daşıma xərclərinin artması malların maya dəyərini birbaşa qaldırır və yeni bir inflyasiya dalğası yaradır".

Ekspertlər vurğulayırlar ki, bu, bütün dünyada istehlakçılar üçün qiymət artımına səbəb olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   İnflyasiya  


Bizi "telegram"da izləyin