Ordu.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Məlumata görə, danışıq “El Burqo” şəhərində İsrailin baş naziri Benyamin Netanyahunun müqəvvasının yandırılmasından sonra baş tutub. İsrail tərəfi bu hadisəni “şokedici antisemit addım” kimi qiymətləndirib.
Açıqlamada bildirilib ki, baş direktor bu hərəkətin dəhşətli olduğunu və İsrailə qarşı Pedro Sançes hökumətinin sistemli təhrikedici fəaliyyətinin birbaşa nəticəsi sayıldığını qarşı tərəfin diqqətinə çatdırıb.
“Daha az hiddət doğurmayan məsələ odur ki, İspaniya hökuməti indiyədək antisemitizmin bu açıq təzahürünü pisləməyi lazım bilməyib. Belə davranış tamamilə qəbuledilməzdir”, - deyə bəyanatda vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az