Tramp: “ABŞ “Hörmüz”dən keçmək üçün İrana ödəniş edən hər bir gəmiyə mane olacaq”

2026/04/1775148060.jpg
Oxunub: 596     18:33     12 Aprel 2026    
“ABŞ Hərbi Dəniz Qüvvələri “Hörmüz” boğazına daxil olan və ya oradan çıxan bütün gəmilərin mühasirəyə alınması prosesinə başlayacaq”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Tramp bildirib ki, görüş yaxşı keçib, əksər məsələlər razılaşdırılıb, lakin yeganə həqiqətən vacib olan nüvə məsələsi həllini tapmayıb.

“Bu andan etibarən ABŞ Hərbi Dəniz Qüvvələri (dünyada ən yaxşı qüvvə) “Hörmüz” boğazına daxil olan və ya oradan çıxan bütün gəmilərin MÜHASİRƏYƏ ALINMASI prosesinə başlayacaq. Nə vaxtsa biz “GİRİŞ HAMISI ÜÇÜN AÇIQDIR, ÇIXIŞ HAMISI ÜÇÜN AÇIQDIR” prinsipinə çatacağıq, lakin İran buna imkan vermədi, sadəcə dedi ki, “haradasa mina ola bilər” və bunu onlardan başqa heç kim bilmir. BU, QLOBAL ŞANTAJDIR və ölkə liderləri, xüsusilə də Amerika Birləşmiş Ştatlarının liderləri heç vaxt şantaja boyun əyməyəcəklər”, - deyə Tramp vurğulayıb.

O əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə beynəlxalq sularda İrana rüsum ödəyən hər bir gəmini axtarmaq və saxlamaq tapşırığı verib.

“Qanunsuz rüsum ödəyən heç bir gəmi açıq dənizdə təhlükəsiz keçidə malik olmayacaq. Biz həmçinin boğazlarda iranlıların yerləşdirdiyi minaları məhv etməyə başlayacağıq. Bizim və ya dinc gəmilərin üzərinə atəş açan istənilən iranlı məhv ediləcək”, - deyə o bildirib.

Trampın sözlərinə görə, İran bu vəziyyətə son qoymağın yolunu yaxşı bilir, lakin ölkənin nüvə ambisiyaları onu indiki vəziyyətə gətirib çıxarıb. O həmçinin yaxın vaxtlarda mühasirənin başlayacağını və bu prosesə başqa ölkələrin də cəlb olunacağını söyləyib.

ABŞ prezidenti vurğulayıb ki, İrana bu “qanunsuz şantaj”dan faydalanmağa imkan verilməyəcək və lazım gəldikdə ABŞ ordusu döyüşə tam hazırdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin