İran ABŞ və İsrailə qarşı müharibədə həlak olanların dəqiq sayını açıqlayıb
Oxunub: 546
15:20
12 Aprel 2026
İranın Məhkəmə Tibbi Ekspertiza Təşkilatı ABŞ və İsrailə qarşı müharibə zamanı həlak olan 3375 iranlının cəsədinin kimliyinin müəyyən edildiyini açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.
“Onların kimliyi elmi və peşəkar metodların tətbiqi ilə müəyyən edilib. Bu saydan 2875-i kişi, 496-sı isə qadındır”, - deyə məlumatda bildirilir.