Küveyt Milli Qvardiyasının rəhbərinin müavini PUA zərbəsinə məruz qalan obyekti yoxlayıb

2026/04/1775992698.jpg
Oxunub: 376     15:16     12 Aprel 2026    
Küveyt Milli Qvardiyasının rəhbərinin müavini şeyx Faysal Nəvaf Əl-Əhməd Əl-Sabah pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan obyektlərdən birini yerində yoxlayıb və hadisə ilə bağlı görülən tədbirlərlə tanış olub.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Milli Qvardiyanın yaydığı bəyanata görə, o, səfər zamanı müxtəlif məntəqələrdə hazırlıq səviyyəsinin artırılmasının və ayıq-sayıqlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, şəxsi heyətin peşəkarlığını və operativ reaksiyasını yüksək qiymətləndirib. Bu tədbirlərin mühüm obyektlərin qorunmasına və ölkənin təhlükəsizliyinin təmin edilməsinə töhfə verdiyi qeyd olunub.

Milli Qvardiya rəhbərinin müavini zərər görmüş obyektin ən yüksək standartlara uyğun şəkildə tez bir zamanda bərpa edilməsini və əməliyyat hazırlığının yenidən təmin olunmasını tapşırıb ki, fəaliyyət fasiləsiz davam etsin.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   PUA  


Bizi "telegram"da izləyin