“Hanwha Defense USA” yeni nəsil K9MH haubitsalarını təklif edib

2026/04/Ekran-1775989824.jpg
Oxunub: 619     14:27     12 Aprel 2026    
“Hanwha Defense USA” ABŞ ordusunun artan tələbatını qarşılamaq məqsədilə yeni nəsil K9MH haubitsalarını təklif edib.

Ordu.az xəbər verir ki, “Hanwha Defense USA” ABŞ ordusunun “Mobil Taktiki Artilleriya Prototipi Təklif Tələbi”nə cavab olaraq, özünü sübut etmiş və istifadəyə hazır həll olan K9MH sistemini təqdim etdiyini açıqlayıb.

Bu çərçivədə şirkət texniki üstünlüklə yanaşı unikal xərc effektivliyi, qabaqcıl istehsal texnikaları, sübut edilmiş müdafiə texnologiyaları və amerikalılar üçün yeni iş yerləri yaradan istehsal və təchizat zəncirinin lokallaşdırılmasını təklif edir.

Bununla yanaşı şirkət rəsmi X hesabı üzərindən ABŞ Ordusunun M777 əvəzedicisi axtarışına yönəlmiş K9MH sisteminin sınaq görüntülərini paylaşıb. Həmin görüntülərdə sistemin 40% və 50% maili ərazilərdə hərəkət sınaqları, eləcə də çətin torpaq şəraitində manevr qabiliyyəti və performansı nümayiş etdirilib.

Proseslə bağlı olaraq “Hanwha Defense USA” əməliyyat direktoru (COO) Mayk Smit bildirib: “Müharibənin içində formalaşan “Hanwha” Uzun Mənzilli Dəqiq Atəş (LRPF) missiyasına sistem səviyyəsində yanaşır. “Bütöv Artilleriya Həlli” sadəcə bir platformadan ibarət deyil, bu, istehsalı, sursatı, atış barıtını, atəşə nəzarəti və C2 inteqrasiyasını əhatə edir. ABŞ ordusu da artilleriya modernləşdirilməsinə oxşar “sistemlər sistemi” yanaşması ilə yanaşır. Sursatda innovasiyaya gedərkən, texnologiya inteqrasiyasına açıq, özünü sübut etmiş platformaya əsaslanır və logistika baxımından güclü təminat qabiliyyətini işə salır”.

Yekun seçim 2027-ci ilin son rübündə açıqlanacaq

ABŞ-nin Prototip Təklif Çağırışına (RPP) əsasən, podratçılar 155 mm təkərli özüyeriyən haubitsanın 6-12 ədəd prototipinin təhvil verilməsi üçün müqavilə uğrunda rəqabət aparacaqlar. Növbəti mərhələyə keçəcək sistemlər barədə qərarın 2026-cı ilin iyul ayında açıqlanacağı gözlənilir. Seçilmiş prototiplərin təhvil prosesinin cari maliyyə ili başa çatmadan, sentyabr ayında başlanması planlaşdırılır. Geniş sınaq mərhələlərindən sonra yekun seçimin 2027-ci maliyyə ilinin dördüncü rübündə həyata keçirilməsi nəzərdə tutulur.

ABŞ tərəfindən elan edilən tenderdə iştirak edəcək sistemlərin rəsmi siyahısı hələ açıqlanmayıb, lakin sektorun aparıcı şirkətlərinin bu yarışda yer alacağı ehtimal edilir. Əsas namizədlər arasında “Rheinmetall”in RCH 155 sistemi, “Elbit America”nın “Sigma” sistemi və “Leonardo DRS” ilə əməkdaşlıq edən KNDS önə çıxır. “Hanwha Aerospace” isə həm tırtıllı K9A2, həm də təkərli K9MH variantları ilə əsas iddialılar sırasındadır. Bundan əlavə, “General Dynamics Land Systems” ilə KNDS “Deutschland” arasında həyata keçirilən “Nemesis” layihəsi və “BAE Systems”in “Archer” sistemi ilə prosesə qoşulması da ehtimal olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hanwha-Defense-USA  


Bizi "telegram"da izləyin