Pakistan İran və ABŞ arasında vasitəçiliyi davam etdirəcəyini bildirib

2026/01/1768031807.jpg
Oxunub: 555     08:46     12 Aprel 2026    
“İran və ABŞ-nin atəşkəs öhdəliyini qorumaqda davam etməsi son dərəcə vacibdir”.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bildirib.

“Pakistan vasitəçi rolunu oynayıb və yaxın günlərdə İran və ABŞ arasında qarşılıqlı fəaliyyətə və dialoqa töhfə vermək üçün bu rolu davam etdirəcək”, - deyə o qeyd edib.

İran Xarici İşlər Nazirliyi ABŞ ilə başa çatmış danışıqların detalları barədə məlumat təqdim edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ABŞ   İran  


Bizi "telegram"da izləyin