Ermənistanın daxili işlər naziri Gürcüstan DTX-nin rəisi ilə görüşüb

2026/06/1782551038.jpg
Oxunub: 203     13:04     27 İyun 2026    
Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Gela Geladzeni qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Ermənistan və Gürcüstan arasında formalaşmış dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər.

“Qurum rəhbərləri qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib, həyata keçirilən proqramlara nəzər salıb və gələcək əməkdaşlığın inkişaf istiqamətlərini müəyyənləşdiriblər”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin