Ermənistan XİN başçısının müavini Monqolustanla qarşılıqlı səfərlərin asanlaşdırılmasını müzakirə edib

2026/06/1782550952.jpg
Oxunub: 193     13:01     27 İyun 2026    
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Monqolustanla qarşılıqlı səfərlərin sadələşdirilməsi və ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş 2026-cı il iyunun 26-da Dubrovnik Forumu çərçivəsində Monqolustanın Xarici İşlər Nazirliyinin dövlət katibi Lxanaacav Munxtuşiq ilə keçirilib.

“Tərəflər ikitərəfli münasibətlərin gündəliyini, siyasi dialoqun inkişafını, regional qarşılıqlı əlaqələrin genişlənməsi fonunda iqtisadi əməkdaşlığın fəallaşdırılmasını, eləcə də hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin asanlaşdırılması məsələlərini müzakirə ediblər.

Mnatsakan Safaryan həmsöhbətinə 2026-cı ildə Ermənistanda keçiriləcək Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci Konfransı barədə ətraflı məlumat verib. O, həmçinin Cənubi Qafqazda sülhün institusional əsaslarla möhkəmləndirilməsi istiqamətində Ermənistan tərəfindən həyata keçirilən addımları təqdim edib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Monqolustan  


Bizi "telegram"da izləyin