Erməni siyasi xadim: “İnsanlar inciyib, hakimiyyət seçkilərdə həyasızlıq nümayiş etdirdi”

2026/06/1782550865.jpg
Oxunub: 213     12:55     27 İyun 2026    
Ermənistanda yeddi siyasi qüvvənin müraciəti əsasında Konstitusiya Məhkəməsində keçirilən iclasdan əvvəl çıxış edən “Çiçəklənən Ermənistan” Partiyasının nümayəndəsi Arman Abovyan hakimiyyəti seçkilərdə kobud pozuntulara yol verməkdə ittiham edib.

Ordu.az xəbər verir ki, Abovyan jurnalistlərə açıqlamasında Konstitusiya Məhkəməsindən yalnız Ermənistan Konstitusiyasına uyğun fəaliyyət göstərməsini gözlədiklərini bildirib.

Onun sözlərinə görə, insanlar seçkilər zamanı hakimiyyətin nümayiş etdirdiyi davranışlara görə ciddi narazılıq hissi keçirirlər.

“İnsanlar inciyib. Çünki seçkilər zamanı hakimiyyətin nümayiş etdirdiyi həyasızlıq açıq şəkildə göstərdi ki, onlar reallıq hissini tamamilə itiriblər. Mərkəzi Seçki Komissiyasının davranışı cəmiyyətdə laqeydlik deyil, qəzəb yaradıb”, - deyə Abovyan bildirib.

O qeyd edib ki, hakimiyyət başa düşməlidir ki, hazırda konkret hansısa siyasi partiyaya qarşı deyil, onlara səs verməmiş Ermənistan əhalisinin böyük əksəriyyətinə qarşı mübarizə aparır.

“İstəsələr də, istəməsələr də, bunu qəbul etməlidirlər. Divara baş vurub nə desələr də, vəziyyət dəyişməyəcək. Mənim subyektiv fikrimə görə, onların hətta səs-küylə elan etdikləri qədər səsi də olmayıb”, - deyə Abovyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Abovyan  


Bizi "telegram"da izləyin