Pakistan Səudiyyə Ərəbistanına 13 min hərbçi və döyüş təyyarələri yerləşdirib

2026/04/1775972519.jpg
Oxunub: 539     09:35     12 Aprel 2026    
Pakistan hökumətinin rəsmisi iki ölkə arasında bağlanmış strateji müdafiə sazişi çərçivəsində Səudiyyə Ərəbistanına hərbçi və təyyarə göndərildiyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bu sazişə əsasən, tərəflərdən birinə edilən hücum digərinə qarşı hücum kimi qiymətləndiriləcək.

Təxminən 13 min hərbçi və 10-dan 18-ə qədər təyyarədən ibarət Pakistan hərbi kontingenti ötən il imzalanmış birgə strateji müdafiə sazişi çərçivəsində Səudiyyə Ərəbistanına çatıb. Bu barədə Körfəz krallığı 2026-cı il aprelin 11-də bildirib.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin bəyanatına görə, hərbi kontingentin ölkənin şərq sektorunda yerləşən “Kral Əbdüləziz” Hərbi Hava Bazasına yerləşdirilməsi Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş və dəstək təyyarələrini əhatə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin