Tramp Çinə İrana silah verməmək barədə xəbərdarlıq edib

2026/04/1775883227.jpg
Oxunub: 439     09:18     12 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp Çini İrana hipotetik olaraq silah tədarük etməmək barədə xəbərdar edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

O, Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən deyib: “Əgər Çin bunu edərsə, böyük problemlərlə üzləşə bilər”.

Qeyd edək ki, Çinin Vaşinqtondakı səfirliyi daha əvvəl CNN telekanalının Çinin yaxın həftələrdə İrana hava hücumundan müdafiə vasitələri tədarük etməyi planlaşdırdığı barədə iddialarını təkzib etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Çin  


Bizi "telegram"da izləyin