FT: ABŞ və İran danışıqları Hörmüz boğazının açılması mövzusunda dalana dirənib

2026/04/1775835700.jpg
Oxunub: 413     22:46     11 Aprel 2026    
ABŞ və İran arasında Pakistanda keçirilən danışıqlarda Hörmüz boğazına nəzarət məsələsində dalan vəziyyəti davam edir.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri iki mənbəyə istinadən məlumat yayıb.

Mənbələrdən biri nəşrə bildirib ki, İran boğaza nəzarətin özündə olmasında və gəmilərin keçidi üçün rüsum tətbiq etmək hüququna malik olmasında israr edir. Qeyd olunub ki, iranlı danışıqlar aparan tərəf “birgə nəzarət” ideyasını rədd edir.

Nəşrin məlumatına görə, Fars körfəzini Oman körfəzi və daha sonra Hind okeanı ilə birləşdirən Hörmüz boğazının açılması danışıqlarda əsas maneə olaraq qalır.

Şənbə günü axşam saatlarında Pakistanın paytaxtına ABŞ ilə münaqişənin tənzimlənməsi üzrə danışıqlarda iştirak etmək üçün İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti gəlib. Şənbə günü səhər saatlarında isə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Pakistana gəlib və o, amerikalı danışıqlar qrupuna rəhbərlik edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin