Ukrayna HDQ Tendra sahili yaxınlığında Rusiya logistik qayığını məhv edib - VİDEO

2026/06/Ekran-1782551658.jpg
Oxunub: 256     13:09     27 İyun 2026    
Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) Tendra sahili yaxınlığında işğalçı qüvvələrin logistik təminatında istifadə olunan Rusiya qayığını məhv edib.

Ordu.az xəbər verir ki, bununla bağlı görüntülər Ukrayna Hərbi Dəniz Qüvvələrinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb.

Məlumata görə, zərbə yüksək dəqiqlikli lazerlə idarə olunan sursatla təchiz edilmiş “Bayraktar “TB2 zərbə PUA-sı vasitəsilə endirilib.

Zərbə nəticəsində Rusiya logistik qayığı tamamilə məhv edilib.

Bildirilir ki, Ukrayna Hərbi Dəniz Qüvvələri hazırda Kinburn və Tendra sahilləri ətrafında Rusiya səth hədəflərinin aşkarlanması və məhv edilməsi əməliyyatlarını fəal şəkildə davam etdirir.

Qeyd edək ki, 2026-cı il iyunun 24-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus PUA Tendra sahili yaxınlığında, Xerson vilayətinin müvəqqəti işğal altında olan hissəsində Rusiyaya məxsus üç insansız dəniz platformasını məhv etmişdi.

Məlumata görə, Rusiya bu marşrutdan Odessa limanlarına yaxınlaşmaq üçün də istifadə edir. Belə ki, 2026-cı il mayın 26-da Rusiyaya məxsus insansız dəniz platforması Ukraynanın “Drujba” təlim yelkənli gəmisinə hücum etmişdi.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   HDQ   Rusiya  


Bizi "telegram"da izləyin