Ordu.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində paylaşım edib.
“Sessil Koller və Jak Pari azaddırlar və İranda üç il yarım həbsdə qaldıqdan sonra Fransaya qayıdırlar. Bu, hamımız üçün və əlbəttə ki, onların ailələri üçün təsəllidir.
Oman hakimiyyətinə vasitəçilik səylərinə görə, dövlət xidmətlərinə və vətəndaşlara onların geri qayıtmasına töhfə verən yorulmaz səylərinə görə təşəkkür edirəm”, - deyə Makron yazıb.
Sevinc Əliyeva
Ordu.az