Cevdet Yılmaz: "Orta Dəhliz ölkələrimiz arasında əlaqələri möhkəmləndirən strateji marşrutdur"

2026/04/1775116480.jpg
Oxunub: 358     11:31     02 Aprel 2026    
Mərkəzi Asiyadan Xəzər üzərindən Türkiyəyə və Avropaya uzanan Orta Dəhliz təchizat zəncirlərini gücləndirən, ticarəti şaxələndirən və üzv ölkələr arasında əlaqələri möhkəmləndirən strateji bir marşrutdur.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə güclü infrastrukturu və xüsusilə Bakı–Tbilisi–Qars dəmir yolu xətti başda olmaqla geniş avtomobil və dəmir yolu şəbəkəsi ilə bu dəhlizin mühüm iştirakçılarından biridir.

Vitse-prezident nəqliyyat dəhlizlərinin inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi və ticarətin asanlaşdırılması məsələlərinin bir-biri ilə sıx bağlı olduğunu nəzərə alaraq bu sahələrdə aidiyyəti qurumların birgə iclaslar keçirməsi və özəl sektor nümayəndələrinin də ortaq hədəflər istiqamətində bir araya gətirilməsinin faydalı olacağını da söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cevdet-Yılmaz   Orta-Dəhliz  


Bizi "telegram"da izləyin