Ordu.az xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə “RIA Novosti” agentliyinə bildirib.
Mənbənin sözlərinə görə, Türkiyə Ukrayna məsələsi üzrə tərəflərin üstünlük verəcəyi istənilən formatda danışıqların keçirilməsini təşkil etməyə hazırdır.
Qeyd olunur ki, Ankara münaqişənin diplomatik yollarla həllinə dəstəyini davam etdirir və tərəflər arasında dialoqun inkişafında maraqlıdır.
Sevinc Əliyeva
Ordu.az