Paşinyanın aldığı “Zayed” mükafatı üçün yarım milyon dollar üzrə büdcədənkənar depozit hesabı açılacaq

2026/03/1773311508.jpg
Oxunub: 383     11:28     02 Aprel 2026    
Ermənistan hökuməti bu gün keçirilən iclasında baş nazirin aparatına büdcədənkənar depozit hesabının açılmasına icazə verilməsi barədə qərar qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, qərar “Zayed” İnsan Qardaşlığı 2026 mükafatı çərçivəsində baş nazirin aldığı 500 min ABŞ dolları məbləğində mükafatın idarə olunması üçün hüquqi əsasların yaradılması ilə bağlıdır.

Layihəyə əsasən, Ermənistan baş nazirinin aparatına Maliyyə Nazirliyinin xəzinədarlığında öz adına milli valyutada büdcədənkənar depozit hesabı açmağa icazə verilir. Bu tənzimləmə mükafat vəsaitlərinin yerləşdirilməsini və həmin vəsaitlər hesabına hökumət qərarları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsini təmin edəcək.

Qeyd edilir ki, qərarın qəbul edilməsi mükafat vəsaitlərinin idarə olunmasının şəffaflığını və onların məqsədyönlü istifadəsini təmin edəcək, daxilolmalar və çıxışların dövlət xəzinədarlıq sistemi vasitəsilə ayrıca uçotunun aparılmasına imkan yaradacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin