Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirib.
“Vaşinqton üçün “Tramp yolu” Mərkəzi Asiyadan ABŞ-yə mühüm faydalı qazıntıların ixracını, həmçinin İranın şimal sərhədinə nəzarəti təmin edən beynəlxalq nəqliyyat dəhlizidir”, - deyə Overçuk qeyd edib.
“Bu marşrutla bağlı çoxsaylı maraqlar var. Hər kəs onu hətta fərqli adlarla adlandırır. Bakı baxımından Zəngəzur dəhlizi ölkənin iki hissəsi arasında əlaqəni bərpa etmək, Türkiyə ilə birbaşa əlaqə açmaq və Azərbaycanı Avrasiya nəqliyyat və logistika mərkəzi kimi inkişaf etdirmək üçün vacibdir”, - deyə Rusiyanın baş nazirinin müavini bildirib
Alpər Mövludoğlu
Ordu.az