Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, Rusiya-Ermənistan danışıqlarından sonra iki lider işçi nahar formatında şəxsi görüşlərini davam etdirəcəklər.
Danışıqlar zamanı Putin və Paşinyan ikitərəfli məsələləri, həmçinin Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər. Bundan əlavə, Kremlin məlumatına görə, liderlər Rusiya-Ermənistan strateji tərəfdaşlığının perspektivlərinə, Avrasiya regionunda inteqrasiya əməkdaşlığına və regional aktual məsələlərə toxunacaqlar.
Alpər Mövludoğlu
Ordu.az