“Vaşinqton İranla müharibənin “son mərhələsini” görür” - Rubio

2026/02/1772207966.jpg
Oxunub: 427     12:31     01 Aprel 2026    
“Vaşinqton İranla müharibənin “son mərhələsini” görür”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.

“Bu, bu gün və ya sabah baş verməyəcək, lakin baş verəcək”, - deyə Rubio bildirib.

Dövlət katibinin sözlərinə görə, İran və ABŞ mesajlar mübadiləsi aparır və tərəflər arasında “hər hansı bir zamanda birbaşa görüş”ün baş tutması ehtimalı var.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton “iki və ya üç həftə ərzində” İranda hərbi kampaniyasını Tehranla razılaşma əldə olunub-olunmamasından asılı olmayaraq başa çatdıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ  


Bizi "telegram"da izləyin