BƏƏ PUA qalıqlarının düşməsi nəticəsində bir nəfərin öldüyünü bildirib

2026/03/1774157271.jpg
Oxunub: 411     12:12     01 Aprel 2026    
Birləşmiş Ərəb Əmirliklərində vurulmuş pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində bir nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Dəqiqləşdirilir ki, pilotsuz uçuş aparatının qalıqları Fuceyrədə yerləşən fermalardan birinin üzərinə düşüb.

Həlak olanın Banqladeş vətəndaşı olduğu bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   PUA  


Bizi "telegram"da izləyin