Husilər İsrailin cənubundakı mühüm hədəflərə raket zərbəsi endiriblər

2024/01/1705035832.jpg
Oxunub: 416     11:42     01 Aprel 2026    
Yəmən üsyançıları (husilər) İsrailə raket zərbəsi endiriblər.

Ordu.az xəbər verir ki, bu barədə "Al-Jazeera" husilərin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, qruplaşma İran və "Hizbullah"la birgə həyata keçirilən əməliyyat çərçivəsində İsrailin cənubundakı mühüm hədəflərə ballistik raketlər atıb.

Yəmən qruplaşmasının bəyanatında deyilir ki, İsrailin Yaxın Şərqdəki addımları gərginliyin daha da artmasına səbəb olur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   İsrail  


Bizi "telegram"da izləyin