ABŞ İranda yeraltı hərbi obyektləri bombalayır - VİDEO

2026/03/1774945661.jpg
Oxunub: 415     10:35     01 Aprel 2026    
ABŞ Hərbi Hava Qüvvələri İranda yeraltı hərbi obyektlərlə yüksək dəqiqlikli sursatlarla zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi "X" hesabında məlumat paylaşılıb.

“ABŞ qüvvələri İranın dərinliklərində yerləşən yeraltı hərbi hədəflərə yüksək dəqiqlikli döyüş sursatları ilə zərbələr endirərək, İran rejiminin öz sərhədlərindən kənarda təsir gücünü effektiv şəkildə genişləndirmək qabiliyyətini daha da zəiflədir”, -deyə məlumatda qeyd olunur.

CENTCOM əməliyyatdan görüntüləri də yayımlayıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin