Cənubi Koreya şirkətləri ABŞ donanması üçün yeni gəmilər inşa edəcək

2026/04/Ekran-1775026749.jpg
Oxunub: 465     10:59     01 Aprel 2026    
“Hanwha Defense USA” və “Hanwha Philly Shipyard” “Vard Marine US” üçün subpodratçı qismində yeni gəmilər inşa edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Reuters”in məlumatına görə, sözügedən şirkətlər döyüş gəmilərinə yanacaq doldurma, yenidən silahlandırma və təchizat təmin etmək üçün daha kiçik və daha çevik gəmilərin hazırlanmasını hədəfləyən Yeni Nəsil Logistika Gəmisi Proqramı çərçivəsində ABŞ donanmasının ilk tenderini qazanıblar.

2024-cü ilin dekabr ayında baş tutan satınalma prosesindən sonra “Hanwha Philly Shipyard” müəssisəsinin işçi qüvvəsinin keyfiyyətini, texniki imkanlarını və istehsal gücünü artırmaq üçün 200 milyon dollardan çox investisiya qoyub. Bu investisiya gəmiqayırma şirkətinin ABŞ donanmasının müasir və mürəkkəb gəmi inşası layihələrini həyata keçirə biləcək səviyyəyə çatdırılmasını hədəfləyir.

Cənubi Koreyanın “Hanwha Group” şirkəti ABŞ prezidenti Donald Trampın prioritet hədəfləri arasında yer alan “ABŞ gəmiqayırma sənayesinin yenidən qurulması” vizyonuna investisiya etməyi vəd edən azsaylı beynəlxalq şirkətlərdən biri kimi seçilir. ABŞ Hərbi Dəniz Qüvvələrinin logistika zəncirini modernləşdirməyi hədəfləyən bu layihə Cənubi Koreyanın gəmiqayırma təcrübəsi ilə ABŞ-nin strateji ehtiyaclarını birləşdirən sənaye körpüsü kimi qiymətləndirilir.

MASGA proqramı

Cənubi Koreyanın üç aparıcı gəmiqayırma şirkəti Pentaqon ilə əməkdaşlıq edərək ABŞ gəmiqayırma sektorunu canlandırmaq üçün daha ətraflı planlar açıqlayıb. Cənubi Koreyanın sənaye nəhəngləri “Hanwha”, “Samsung” və “HD Hyundai Heavy Industries” şirkətlərinin nümayəndələri 9-12 sentyabr tarixlərində Seulda keçirilən Koreya İnvestisiya Həftəsi çərçivəsində ABŞ donanması ilə apardıqları işlər barədə yeni məlumatlar paylaşıb. “Defense News”un məlumatına görə, bu təşəbbüs MASGA, yəni “Amerika gəmiqayırma zavodlarını yenidən möhtəşəm et” kimi tanınır.

Bu çərçivədə hər iki şirkət mövcud tərsanə əməliyyatlarında böyük dəyişikliklər planlaşdırır. ABŞ getdikcə daha aqressiv davranan Çinlə ayaqlaşmaq üçün dəniz gücünü genişləndirməyə çalışdığı bir vaxtda Cənubi Koreyadan olan istehsalçılar bu səylərə başlamaq üçün prosesə daxil olur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   ABŞ  


Bizi "telegram"da izləyin