BƏƏ-yə PUA hücumu - Ölən var

2026/03/1774713324.jpg
Oxunub: 463     10:21     01 Aprel 2026    
Birləşmiş Ərəb Əmirliklərinin hava hücumlarından müdafiə sistemlərinin Əl-Füceyrə əmirliyi üzərində zərərsizləşdirdiyi pilotsuz uçuş aparatının dağıntılarının bölgənin aqrar rayonuna düşməsi nəticəsində bir nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə əmirliyin hökumətinin rəsmi "X" səhifəsində məlumat yayılıb.

Ölümcül xəsarətlər alan şəxsin əcnəbi - Banqladeş vətəndaşı olduğu dəqiqləşib.

Bundan əvvəl martın 17-də zenit-raket komplekslərinin səmada məhv etdiyi ballistik raketin dağıntılarının yerə düşməsi nəticəsində bir Pakistan vətəndaşı həlak olmuşdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   PUA  


Bizi "telegram"da izləyin