Ordu.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, danışıqlar Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında ötən ilin 15 avqustunda Alyaskada keçirilmiş sammitdə əldə olunan razılaşmalar əsasında aparılmalıdır.
“Amerikalılar müəyyən kompromis ideyalar irəli sürdülər. Biz onları qəbul etdik və razılaşdıq. Bu ideyaların əhəmiyyəti ondadır ki, onlar münaqişənin kök səbəblərinə və onların aradan qaldırılmasına, həmçinin mövcud vəziyyətə fokuslanır. İndi amerikalıların vəzifəsi Ukraynanın bu təkliflərlə razılaşmasını təmin etməkdir. Bizim anladığımıza görə, hazırda ABŞ bu istiqamətdə Kiyevlə işləyir”, - deyə diplomat qeyd edib.
Qaluzin xatırladıb ki, Vladimir Zelenski isə Donbasdan qoşunların çıxarılmasını planlaşdırmadığını bildirib.
“Bu, Alyaska razılaşması deyil. Buna görə də hesab edirik ki, ABŞ tərəfi hazırda Kiyevlə işləyərək onun Ankoric razılaşmasına razılığını təmin etməyə çalışır”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az