Ordu.az xəbər verir ki, bu barədə TASS Yaxın Şərqdə hava hərəkətinin idarə olunması xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
“Bəhreyn və Küveytin hava məkanının bağlanması daha 12 saat, UTC vaxtı ilə saat 16:00-dək uzadılıb”, - deyə mənbə bildirib.
Bu isə o deməkdir ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları səbəbilə tətbiq edilən uçuş qadağası artıq 33-cü gündür qüvvədə qalır.
Mənbə əlavə edib ki, Bəhreyn xüsusi icazə ilə Manama hava limanından qonşu Səudiyyə Ərəbistanına məhdud sayda uçuşlara icazə verir.
Sevinc Əliyeva
Ordu.az