Livanın müdafiə naziri İsrailin sərhəd ərazilərini ələ keçirmə hədələrini pisləyib

2025/02/1738903345.jpg
Oxunub: 399     10:01     01 Aprel 2026    
Livanın müdafiə naziri Mişel Mənasa İsrailin müdafiə naziri İsrael Katsın daha əvvəl səsləndirdiyi bəyanatları “qəti şəkildə pisləyib”.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Kats Livanla sərhəddə yerləşən bütün evlərin “Qəzzanın Rəfah və Beyt Hanun bölgələrində tətbiq edilən model üzrə” dağıdılacağını bildirib. O, həmçinin İsrailin həmin əraziləri ələ keçirmək niyyətində olduğunu açıqlayıb.

Livanın müdafiə naziri qeyd edib ki, bu bəyanatlar artıq sadəcə təhdid deyil, Livan ərazilərinin yenidən işğalı, yüz minlərlə insanın məcburi köçürülməsi və ölkənin cənubunda yaşayış məntəqələrinin sistemli şəkildə məhv edilməsinə yönəlmiş açıq niyyəti əks etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin