Ordu.az xəbər verir ki, bu barədə “Al Hadath” yazır.
İran mənbələri paytaxt Tehran şəhərində ölkənin məhkəmə hakimiyyətinin rəhbərinin qətlə yetirildiyini bildiriblər.
Xatırladaq ki, ABŞ-nin və İsrailin 2026-cı il fevralın 28-dən etibarən İrana qarşı hərbi əməliyyatlara başladığı açıqlanıb. Zərbələr İranın paytaxtı Tehran və ölkənin ən iri şəhərlərinə yönəlib. Zərbələrdən dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı barədə bəyanat verib. İsrail və ABŞ-nin hücumu nəticəsində İranın ali rəhbəri ayətullah Əli Seyid Xameneyi və digər yüksək vəzifəli şəxslərin də öldürüldüyü bildirilib.
2026-cı il martın 2-də “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub. İsrail isə hərəkat əleyhinə əməliyyatların başladığını açıqlayıb.
2026-cı il martın 23-də ABŞ prezidenti Donald Tramp İranla danışıqların bir həftə davam edəcəyini bildirib, eyni zamanda hərbi zərbələrin beş gün təxirə salındığını deyib. Lakin İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.
Sevinc Əliyeva
Ordu.az