F-35 qırıcı təyyarəsi Nevada ştatında yerləşən sınaq poliqonunun hava məkanında, İndian-Sprinqs yaşayış məntəqəsindən təxminən 25 mil şimal-şərqdə qəzaya uğrayıb.
Ordu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
Pilot katapult edərək xilas olub və yüngül xəsarətlərdən sonra tibbi yardım alıb.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
F-35