Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Mən və həyat yoldaşım, İsrailin bütün vətəndaşları ilə birlikdə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalması üçün dua edirik”, - deyə o bildirib.
O əlavə edib ki, hərbçilər Livanda “Hizbullah” ilə döyüşlər zamanı həlak olublar.
“Şimal bölgəsinin sakinlərinin və İsrailin bütün vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün düşmənlərimizə qarşı güclü zərbələr endirməyə davam edəcəyik”, - deyə Netanyahu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az