Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera”ya müsahibəsində bildirib.
“Boğaz İran və Oman ərazi sularında yerləşir. Bunlar beynəlxalq sular deyil. Bunlar bizim ərazi sularımız və Oman sularıdır.
Hazırda hesab edirik ki, boğaz açıqdır. Bu boğaz yalnız bizimlə müharibə aparan ölkələrin gəmiləri üçün bağlıdır. Bu, müharibə zamanı normal haldır. Biz düşmənlərimizin ticarət məqsədilə bizim ərazi sularımızdan istifadə etməsinə icazə verə bilmərik.
Biz regionda və regiondan kənarda olan tərəfdaşlarımızın mövqeyini nəzərə alacağıq. Hörmüz boğazı dünyanın müxtəlif ölkələrindən gələn gəmilər üçün sülh şəraitində istifadə olunan su yolu ola bilər”, - deyə İranın xarici işlər naziri bildirib.
Sevinc Əliyeva
Ordu.az