BMT Təhlükəsizlik Şurası Livanda hərbi əməliyyatların dayandırılmasına çağırıb

2024/10/1728278303.jpg
Oxunub: 554     23:31     31 Mart 2026    
BMT Təhlükəsizlik Şurası Livanda hərbi əməliyyatların dayandırılmasına çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Çərşənbə axşamı keçirilən iclas zamanı Şura üzvləri Livanda BMT-nin üç sülhməramlısının həlak olmasını və ölkədə hərbi əməliyyatların kəskinləşməsini pisləyiblər.

Çin, Rusiya, Kolumbiya və Bəhreyn BMT-nin 1701 saylı qətnaməsinin icrasına çağırıblar.

2006-cı ilin avqustunda qəbul edilmiş 1701 saylı qətnamə İsrail ilə “Hizbullah” arasında müharibəyə son qoymaq məqsədi daşıyırdı. Bu sənəd Livan ilə İsrail arasında “Mavi xətt”in müəyyən edilməsini və Livanın cənubunda BMT-nin Müvəqqəti Qüvvələri (UNIFIL) və Livan ordusu tərəfindən qorunan silahsızlaşdırılmış bufer zonanın yaradılmasını nəzərdə tuturdu.

BMT-də İsrailin səfiri Denni Danon bildirib ki, BMT sülhməramlılarının ölümünə səbəb olan atəş və partlayışlara görə məsuliyyət “Hizbullah”ın üzərinə düşür.

Bazar ertəsi Livanın cənubunda baş verən partlayış nəticəsində UNIFIL-in iki sülhməramlısı həlak olub, daha iki hərbçi yaralanıb. Bazar günündən bazar ertəsinə keçən gecə isə qruplaşmanın mövqelərindən birinin yaxınlığında mərminin partlaması nəticəsində daha bir indoneziyalı hərbçi həlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT    


Bizi "telegram"da izləyin