Sibiqa: "13 ölkə Rusiya ilə bağlı Xüsusi Tribunal üzrə sazişə qoşulmağa hazırdır"

2026/01/1767974037.jpg
Oxunub: 571     00:32     01 Aprel 2026    
Almaniya, Böyük Britaniya, Moldova və daha 10 ölkə Rusiyanın Ukraynaya qarşı cinayətlərinin araşdırılması üzrə Xüsusi Tribunal haqqında genişləndirilmiş sazişə qoşulmağa hazır olduqlarını təsdiqləyib.

Ordu.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının Kiyevdə keçirilən qeyri-rəsmi iclasından sonra bildirib.

"Bu gün bizim konkret nəticələrimiz var. Xüsusən də Xüsusi Tribunal üzrə sazişə qoşulmağa dair yeni qərarlar. Bu cür hazırlığı daha üç ölkə – Almaniya, Böyük Britaniya və Moldova da rəsmi olaraq bəyan edib", - nazir bildirib.

Lakin o xatırladıb ki, sazişin Avropa Şurası Nazirlər Komitəsinə təqdim edilməsi üçün 16 dövlətin qoşulması tələb olunur. Sibiqa tərəfdaşları bu sənədi dəstəkləməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sibiqa   Rusiya  


Bizi "telegram"da izləyin