Bağdadda yerləşən ABŞ bazası da hücuma məruz qalıb

2026/03/1774179076.jpg
Oxunub: 647     22:30     31 Mart 2026    
Bağdadda yerləşən ABŞ hərbi bazası da hücuma məruz qalıb.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Agentliyin məlumatına görə, pilotsuz uçuş aparatı Bağdadda yerləşən ABŞ bazasının qərargahı sayılan Viktoriya aviabazasına zərbə endirib.

Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Zərbələr İranın paytaxtı Tehrana və ölkənin ən böyük şəhərlərinə yönəldilib. Zərbələrdən dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı başladıldığını elan edib. İsrail və ABŞ-nin hücumları nəticəsində İranın ali rəhbəri ayətullah Əli Seyid Xameneyi və digər yüksək vəzifəli şəxslər də həlak olublar.

Martın 2-də “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub. İsrail isə bu hərəkat əleyhinə əməliyyatların başlandığını açıqlayıb.

Martın 23-də ABŞ prezidenti Donald Tramp İranla danışıqların bir həftə davam edəcəyini bildirib və hərbi zərbələrin beş gün təxirə salındığını əlavə edib. Lakin İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bağdad   ABŞ   Baza  


Bizi "telegram"da izləyin