İtaliya rəsmi şəkildə bildirib ki, amerikalılara öz bazalarından istifadə etməyi qadağan etməyib

2026/03/1774981407.jpg
Oxunub: 488     22:19     31 Mart 2026    
İtaliyanın amerikalı hərbçilərin öz bazalarından istifadə etməsini dayandırmaq qərarı verdiyi barədə yayılan məlumatlar yalandır.

Ordu.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto bəyan edib.

“Bazalar fəaliyyət göstərir və əvvəlki kimi istifadə olunur, heç nə dəyişməyib. Bir daha vurğulamaq istəyirəm ki, ABŞ ilə münasibətlərdə düşmənçilik və ya gərginlik yoxdur. Onlar 1954-cü ildən bəri ABŞ-nin İtaliyadakı mövcudluğunu tənzimləyən qaydaları bizim qədər yaxşı bilirlər”, - deyə o qeyd edib.

Daha əvvəl İtaliyanın ABŞ-yə Siciliyadakı hərbi bazasından istifadə etməyə icazə vermədiyi bildirilmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   ABŞ  


Bizi "telegram"da izləyin