Ağ Evin keçmiş müşaviri Netanyahunun oğlunun ABŞ-dən deportasiya olunmasına və İranla müharibəyə göndərilməsinə çağırıb

2026/03/1774981343.jpg
Oxunub: 534     22:18     31 Mart 2026    
Ağ Evin keçmiş müşaviri və MAGA hərəkatının əsas simalarından biri Stiv Bannon ABŞ Daxili Təhlükəsizlik Nazirliyini İsrailin baş naziri Yair Netanyahunun oğlunu deportasiya etməyə və onu İranla müharibəyə göndərməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

“Sabah Netanyahunun oğlunu Mayamidən çıxarın. Bizə lazım olanda Daxili Təhlükəsizlik Nazirliyi haradadır? Onu geri qaytarın. Ona hərbi forma geyindirin. Qoy müharibəyə birinci o getsin”, - deyə Bannon bildirib.

Nə Yair, nə də Avner (İsrailin baş nazirinin ikinci oğlu) Netanyahu müharibə dövründə İsrail ordusunda xidmət etməyiblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Netanyahu  


Bizi "telegram"da izləyin