Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb

2026/03/1774978705.jpg
Oxunub: 474     21:18     31 Mart 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, görüş Ankarada baş tutub.

Qeyd edək ki, martın 23-də Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da İstanbulda HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüşüb. Görüşdə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı ətraflı müzakirə aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HƏMAS  


Bizi "telegram"da izləyin