ABŞ-nin və İsrailin İrana hücumları nəticəsində 90 mindən çox yaşayış binasına ziyan dəyib

2026/03/1773515266.jpg
Oxunub: 509     21:29     31 Mart 2026    
İran Qırmızı Aypara Cəmiyyətinin bəyanatına görə, ABŞ-nin və İsrailin İrana hücumları nəticəsində 90 mindən çox yaşayış binasına ziyan dəyib.

Ordu.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Təşkilatın məlumatına əsasən, ümumilikdə 113 min 570 mülki obyekt zərər görüb. Onlardan 22 min 422-si kommersiya binaları, 90 min 63-ü isə yaşayış binaları olub.

Bildirilir ki, Tehranda hücumlar nəticəsində 44 min 391 yaşayış və kommersiya binası zərər görüb.

Bundan əlavə, müharibənin başlanmasından etibarən 307 əczaçılıq, tibbi və sanitar müəssisə, həmçinin təcili tibbi yardım mərkəzləri ciddi ziyan görüb. Ölkə üzrə 760 məktəb birbaşa və ya dolayı hücumlara məruz qalıb və nəticədə 234 şagird həlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin