“Reuters”: Avropada qazın qiyməti İran əleyhinə ABŞ-İsrail müharibəsinin başlanmasından etibarən 70%-dən çox artıb

2026/03/1774611672.jpg
Oxunub: 482     21:16     31 Mart 2026    
Avropa İttifaqı hökumətləri İrana qarşı müharibənin nəticəsində enerji bazarlarında uzunmüddətli pozuntulara hazır olmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, enerji nazirlərinə ünvanlanan məktubda Avropa İttifaqının enerji üzrə komissarı Dan Yorgensen hökumətlərə “mümkün uzunmüddətli pozuntulara vaxtında hazırlaşmağı” tövsiyə edib.

Avropanın idxal olunan yanacağa böyük asılılığı onu Yaxın Şərqdəki münaqişənin qlobal enerji daşıyıcılarının qiymətlərinə təsiri qarşısında həssas edir. Fevralın 28-də İrana qarşı ABŞ-İsrail müharibəsinin başlanmasından etibarən Avropada qazın qiyməti 70%-dən çox artıb.

Yorgensen bildirib ki, Brüssel xüsusilə qısa müddətli perspektivdə Avropaya neft məhsullarının, xüsusilə aviasiya yanacağının və dizel yanacağının tədarükü ilə bağlı narahatdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Qaz  


Bizi "telegram"da izləyin