Paşinyanla bağlı insident üzrə 18 yaşlı gəncin müdafiə komandasına yeni vəkillər cəlb olunub

2026/03/1774763856.jpg
Oxunub: 509     21:13     31 Mart 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı insident üzrə 18 yaşlı David Minasyanın müdafiə komandasına yeni vəkillər cəlb olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, hazırda məhkəmə martın 29-da Müqəddəs Anna kilsəsində Paşinyanın iştirakı ilə baş vermiş insidentdə iştirak edən qardaşlardan David Minasyanın həbs qətimkan tədbiri ilə bağlı vəsatəti araşdırır.

Bundan əvvəl onun qardaşı Mikayel Minasyan azadlığa buraxılıb və barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Minasyan  


Bizi "telegram"da izləyin