Ordu.az xəbər verir ki, bu barədə TASS-a Mülki Müdafiə xidmətindəki mənbə məlumat verib.
“Binada olan insanlar əvvəlcədən İsrail komandanlığı tərəfindən xəbərdar edildikləri üçün təxliyə olunmağa çatdılar. Zərbənin endirildiyi ərazidən 300 metr radiusda yerləşən digər binaların sakinləri də mənzillərindən təxliyə ediliblər”, - deyə mənbə bildirib.
İsrail ordusunun nümayəndəsi Aviçay Adrai şəhərin Bir Abed, Burc əl-Barajne, Qobeyri, Tahvita əl-Qadir, Hadas, Haret Horeyk və Şiya məhəllələrində “Hizbullah” hədəflərinə qarşı yaxın vaxtlarda həyata keçiriləcək hava zərbələri barədə iki xəbərdarlıq edib.
Onun sözlərinə görə, İsrail hərbçiləri Beyrutda və bütün Livanda “Hizbullah”ın hərbi infrastrukturunu artan güclə məhv etməyə davam edirlər.
Sevinc Əliyeva
Ordu.az