Ordu.az xəbər verir ki, bu barədə ABŞ, körfəz ölkələri və İsrail rəsmilərinə istinadən “Associated Press” məlumat yayıb.
Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Bəhreyn rəsmilərinin sözlərinə görə, İran rəhbərliyində və ya onun davranışında əsaslı dəyişiklik baş verməyənə qədər hərbi əməliyyatların dayandırılmasını istəmirlər.
Eyni zamanda, Səudiyyə Ərəbistanı və BƏƏ Tehrana qarşı hərbi təzyiqin artırılması çağırışlarında öncül rol oynayır.
Diplomatın sözlərinə görə, BƏƏ körfəz ölkələri arasında ən aqressiv mövqe tutan ölkəyə çevrilib və Trampın quru əməliyyatı barədə göstəriş verməsində israr edir. Küveyt və Bəhreyn də bu variantı dəstəkləyir.
Tarixən İranla Qərb arasında vasitəçi rolunu oynayan Oman və Qətər isə diplomatik həllin tərəfdarıdır.
Diplomat bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-ni inandırıb ki, müharibənin indi dayandırılması İranın ərəb qonşularının təhlükəsizliyini təmin edəcək “faydalı razılaşma” ilə nəticələnməyəcək.
Səudiyyə Ərəbistanı hesab edir ki, münaqişənin yekun həlli “İranın nüvə proqramını neytrallaşdırmalı, onun ballistik raket imkanlarını məhv etməli, Tehranın proksi qruplara dəstəyini dayandırmalı və İslam Respublikasının gələcəkdə Hörmüz boğazını effektiv şəkildə bağlaya bilməməsini təmin etməlidir”.
Sevinc Əliyeva
Ordu.az